YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqa xidmət nümunəsi yaradan Lider!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Aslan Mehdiyev, Bəhram Şiriyev, Həcər Mirzəyeva çıxış ediblər. Çıxışlarda bildirilib ki, qalib xalqın qaib Lideri İlham Əliyev hər zaman Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün misilsiz əzmkarlıqla çalışıb. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz qəhrəmanlıq dastanı yazaraq ərazi bütövlüyümüzü tam bərpa edib. Artıq işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, soydaşlarımız öz yurdlarına geri qayıdır.

Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar. "İlham Əliyev xalqa xidmət nümunəsi yaradan, sözünə sadiq olan Liderdir!",- deyə vurğulanıb.

Seçicilər isə bildiriblər ki, fevralın 7-də dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan Lider İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.