Seçki-2024
"Yeni qələbələr qazanmaq əzmindəyik!"
2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Culfa rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP Culfa rayon təşkilatının sədr müavini Ədalət Əhmədov, təşviqat qrupunun üzvləri - Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, Mübariz Allahverdiyev, Hikmət Məmmədov, Şahmar Məmmədov, Əli Səfərov, Şəfiqə Əliyeva və Rəqsanə Qurbanova çıxış ediblər. Bildirilib ki, ölkəmiz davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevrilib. Seçkilərdən sonra da işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, təhlükəsizliyin təmin olunması, müasir ordu quruculuğu, əhalinin rifah halının yüksəldilməsi və s. məsələlər ölkəmizdə həyata keçirilən siyasətin mühüm istiqamətləri olacaqdır. "Müzəffər Liderimizlə yeni qələbələr qazanmaq əzmindəyik!",- deyə əminliklə ifadə olunub.