Seçki-2024
Azərbaycan gəncliyi cənab İlham Əliyevə səs verəcək
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da YAP Suraxanı rayon təşkilatının qərargahında gənclər, o cümlədən idmançılarla görüş keçirilib.
Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova və Sevinc Fətəliyeva, YAP Gənclər Birliyinin üzvü Kənan Kərimov, İkiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev, beynəlxalq dərəcəli hakim Hicran Şərifov, Vətən müharibəsi qazisi Asxab Kalayev, Atletika üzrə Avropa çempionu və rekordçusu Nazim Babayev, Əməkdar artist Ağalar Bayramov və rayon sakini Ramin Xəlilov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, ölkədə idmana göstərilən diqqət və qayğı bu sahənin inkişafını şərtləndirən cəhətlərdən biridir. Vurğulanıb ki, ölkə gəncliyinin savadlı şəkildə yetişməsi və vətəninə faydalı olması üçün bütün imkanlar səfərbər edilib.
Görüş iştirakçıları, peşəkar idmançılar və gənclər 7 fevral keçiriləcək prezident seçkilərində ən layiqli namizəd olan İlham Əliyevə səs verəcəklərini yekdilliklə bəyan ediblər.
Qeyd edək ki, Suraxanı rayonunun Zığ qəsəbəsində seçicilərlə fərdi görüşlər keçirilib.