YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ölkəmizin işıqlı sabahına səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində seçicilərlə, o cümlədən şəhid ailələri, müharibə əlilləri və  veteranları ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra “Qalib xalqın, qalib Lideri-Prezident İlham Əliyev” adlı videoçarx nümayiş olunub.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev, təşviqat qrupunun üzvləri Zaur Hüseynov və şəhid anası Məleykə Məcidova  çıxış ediblər. Çıxışlarda dövlətin şahid ailələrinə və qazilərə, müharibə veteranlarına diqqət və qayğısından bəhs olunub.  Natiqlər həmçinin seçiciləri 7 fevral seçkilərində bütün seçiciləri ölkəmizin işıqlı sabahına -qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.