Seçki-2024
Abşeron rayonunda ilk dəfə səs verəcək seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Abşeron rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, təşviqat qrupunun üzvləri Səhər Orucova və Əliyar Allahverdiyev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 illik dönəm Azərbaycan tarixinə hərətərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad olunması müstəqillik tariximizin zirvəsini təşkil edir.
Natiqlər dövlətimizin uğurlu gənclər siyasətindən də bəhs edərək bütün seçiciləri qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq, rayonun qəsəbə və kəndlərində də görüşlər keçiriblər.