Seçki-2024
Sabunçu rayonunun Zabrat və Kürdəxanı qəsəbələrində görüş...
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Sabunçu rayonu Zabrat və Kürdəxanı qəsəbəsində yaşayan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Əliabbas Salahzadə, təşviqat qrupunun üzvləri Oruc Məmmədov, İlahə Abdullazadə və Vəli Qaraçaylı çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti nəticəsində beynəlxalq arenada ölkəmizə maraq artır, tərəfdaşlarımızın sayı getdikcə çoxalır. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Çoxəsrlik tariximizə yazılan uğur səhifələri ölkəmizin malik olduğu imkanların təqdimatında öz sözünü deyir.
Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, Nardaran qəsəbəsinin Ş.Ə. Tuti küçəsində yaşayan seçicilərlə də məhəllə görüşləri keçirilib.