Seçki-2024
"Qalib Azərbaycanın vətəndaşı olmaq qürurvericidir!"
Ağcabədidə seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağcabədidə seçicilərlə növbəti görüş keçirilib.
Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.
Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və təşviqat qrupunun üzvü Əli Əliyev çıxış ediblər. Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün seçicilərə çağırış ediblər.
Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. "Qalib Azərbaycanın vətəndaşı olmaq qürurvericidir!",- deyə qeyd olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.