YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ağstafa rayonunda seçicilərlə görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Ağstafa şəhərində seçicilərlə, o cümlədən ilk dəfə səs verəcək gənclərlə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Görüş zamanı YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Canpolad Yusifov, Asif Qənbərov, Səbinə İsgəndərli, Şəfəq Cəlilova, Fəridə Həsənova, Sahib Salıfov, Alı Mehdiyev, Təranə Abdullayeva, Azər Məmmədov, İmran Nəsibov və Türkan Hüseynova çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və müasir Azərbaycanı son 20 ildə böyük zirvələrə qaldıran, bu gün qürurla bəhs etdiyimiz nailiyyətlərin memarı olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşlər zamanı çıxış edən gənc seçicilər azad, müstəqil və bütöv Azərbaycan vətəndaşı olmaqdan qürur duyduqlarını və bu hissləri onlara yaşadan qalib Liderə səs verəcəklərini bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, kampaniya çərçivəsində rayonun Poylu qəsəbəsində də seçicilərlə görüş olub.