YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər seçkisində xalqımız bir daha düzgün qərar verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da YAP Yasamal rayon təşkilatında seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatı Elnur Allahverdiyev, təşviqat qrupunun üzvləri Havar Məmmədov, Rəna Mirzəzadə, Cəbi Bəhramov, Həbib Mirzəyev, Şikar Qasımov və Sayalı Sadıqova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, hazırda Azərbaycan nəinki Cənubi Qafqazda, bütün dünyada güclü, qüdrətli ölkə kimi öz sözünü deyir. Tarix sübut etdi ki, Azərbaycan xalqı 2003-cü ildə taleyüklü məsələdə düzgün seçim edib və tariximizin yeni mərhələsinin ən mühüm qərarını doğru qəbul etməyi bacarıb.

Çıxışlarda 7 fevral prezident seçkilərinin önəmindən bəhs olunub və natiqlər seçiciləri qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, Yasamal rayonu “H.Hüseynzadə küçəsi 10”, “1-ci Alatava yaşayış massivi, bina 1, ev 1”, “1-ci Alatava yaşayış massivi, ev 85”, “2-ci Alatava yaşayış massivi, ev 98”, “A.Abbasov küçəsi, ev 12, mənzil 33”, “A.M.Şərifzadə küçəsi, bina 154”,  “A.Abbasov küçəsi 5”, “A.Abbasov küçəsi 14”, “H.B.Zərdabi küçəsi 75” və “M.Seyidov küçəsi 62” ünvanlarında yaşayan seçicilərlə fərdi görüşlər də keçirilib.