YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan Zəfər marşındadır!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda gənclər, o cümlədən idmançılarla, eləcə də Eymur kəndində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov və təşviqat qrupunun üzvləri Qalib Həsənov və Rüfət Məmmədov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, bütöv Azərbaycanda ilk dəfə keçiriləcək 7 fevral prezident seçkilərinə Yeni Azərbaycan Partiyası “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan Zəfər marşındadır. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər təntənəsi bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar. "Seçimimiz qalib Liderdir",-deyə vurğulanıb.