YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"İnkişafımız davam edəcək!"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şəki rayonunda şəhid ailələrinin üzvləri, müharibə əlilləri və müharibə iştirakçıları, eləcə də qadın seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Şəki  rayon təşkilatının sədri Daşqın Mikayılov, Vətən müharibəsi şəhidi Səbuhi İsgəndərlinin anası Gülnarə Mustafayeva, şəhid Elməddin Məmmədovun atası Mikayıl Məmmədov, Vətən müharibəsi qazisi Mehman Əbdürəyimov,  təşviqat qrupunun üzvləri Rafik Səmədov, Anar Nağıyev, Ziyafət Xasıyeva və Pərvanə İskəndərova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi varisi İlham Əliyevin 20 il əvvəl Azərbaycan Prezidenti seçilməsi xalqımızın və ölkəmizin taleyində yeni inkişaf mərhələsinin başlanğıcı olub. Bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azər­baycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Prezident İlham Əliyevin siyasətinin zirvəsini isə torpaqlarımızın erməni işğalından azad edilməsi təşkil edir. "İnkişafımız davam edəcək!",- deyə vurğulanıb.

Natiqlər seçiciləri seçkilərdə fəal iştirak etməyə, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində seçkilərdə fəal iştirak edərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.