YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderə sonsuz inam

Səbail rayonunda yaşayan seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Səbail rayonunda yaşayan seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş  videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Təftiş Komissiyasının üzvləri, Milli Məclisin deputatları Cavanşir Paşazadə, Vüqar İskəndərov, təşviqat qrupunun üzvləri Nicat Hüseynov, Əhliman Qarayev, Razim Məmmədov və Altay Babaşov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. Xalqımız daim dövlət başçısının ətrafında sıx birləşməli, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməlidir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq  seçicilərlə fərdi görüşlər də keçiriblər.