YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xankəndi şəhərindən olan seçiciləri cənab İlham Əliyevin namizədliyini dəsdəkləyir

2024-cü fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində və Sumqayıt şəhərində məskunlaşmış Xankəndi şəhərindən olan  seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov,  təşviqat qrupunun üzvləri Yusif Fərzəliyev, Xatirə Vəliyeva, İsi Bayramov çıxışlarında bildiriblər ki, ötən 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ölkəmizdə hər tərəfli dinamik inkişafı təmin edərək qüdrətli ordu formalaşdırıb və xalqımıza zəfər sevincini bəxş edib.

Natiqlər qeyd ediblər ki, xalqımız həmişə olduğu kimi, bu dəfə də düzgün seçim edərək, dövlətimizin təhlükəsizliyinin təminatçısı olan cənab İlham Əliyevə səs verəcəklər.

Görüşdə iştirak edən seçicilər ölkəmizin inkişafının davamlı olması naminə 7 fevral prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.