Seçki-2024
"Qalib Liderimizlə və qüdrətli dövlətimizlə fəxr edirik"
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Salyan rayonunda qadın seçicilərlə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, təşviqat qrupunun üzvləri Yaqut Ələsgərova, Fərqanə Cəbrayılova və Sehranə Rzayeva çıxış ediblər. Çıxışlarda böyük zəfərlərə doğru inamla və qətiyyətlə irəliləyən və doğma Vətənimizi işıqlı gələcəyə aparan dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük inkişafı hədəfləyən siyasi kursdan və dövlət idarəçiliyindən danışılıb. Eyni zamanda, qadınların cəmiyyət həyatında rolundan, dövlətimizin inkişafında töhfələrindən bəhs ediblər.
Natiqlər verilən bütün vədlərin real həyatda öz əksini tapdığını xatırladaraq bütün qadın seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Görüşdə iştirak edən seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə xalqımızın əvəzsiz lideri İlham Əliyevə səs verəcəklər. "Qalib Liderimizlə və qüdrətli dövlətimizlə fəxr edirik",- deyə vurğulanıb.