YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderlə yeni zirvələr fəth edək!

Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il  fevralın 7-də  tarixində ölkəmizdə keçiriləcək  prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş  cənab İlham Əliyevin  seçkiqabağı təşviqat kampaniyası  çərçivəsində yanvarın 30-da YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Xətai rayon təşkilatının  sədri Vüqar Rəhimzadə, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İsgəndərov, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, təşviqat qrupunun üzvləri - Rauf Zeyni, Mirfaiq Mirheydərli, Cəlal İbrahimli, Oruc Məmmədov çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə həyata keçirilən siyasətə dəstəklənməsi, sabitlik, iqtisadi inkişaf, insanların sosial rifah halının yüksəlməsi uğurlarımızı şərtləndirən əsas amillərdir. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin, sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanıb. Həmçinin bu illər ərzində Azərbaycan regionun lider dövləti kimi beynəlxalq münasibətlər sistemində də yerini və mövqeyini əsaslı şəkildə möhkəmləndirib. Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvələri fəth edib. Bu uğurların zirvəsini tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bütün ölkə ərazisində tam olaraq bərpa olunması təşkil edir.

Çıxışlarda seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış edilib.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Xətai rayonunda Neapol 10, Şıxlinski 30 və 40 ünvanlarında seçicilərlə görüşlər keçirilib.