YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib

2024 -cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sabunçu rayonu Nardaran və Pirşağı qəsəbəsində  yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsələndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Əliabbas Salahzadə, təşviqat qrupunun üzvləri Bəxtiyar Qasımov və Oruc Məmmədov çıxış ediblər. Natiqlər bildirib ki, İlham Əliyevin rəhbərliyi altında ölkəmiz misilsiz nailiyyətlər əldə edib. Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib. Azərbaycan xalqının növbəti dəfə qalib Liderimizə etimad göstərəcəyinə əminlik ifadə olunub.

Görüş zamanı çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.