YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Müstəqil Azərbaycanın firavanlığı naminə Qalib Liderə səs verək!

Lerikdə seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29–da Lerik rayonunun Pirasora və Çayrud kəndlərində  yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, təşviqat qrupunun üzvləri Elxan Qənbərov , Gültəkin Şıxəliyeva, Veysəl Məlikov və Elxan Əliyev çıxış ediblər. Natiqlər seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə dəvət ediblər.

Qeyd edək ki, Lerik rayonunda seçicilərlə fərdi görüşlər də keçirilib.