YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İlham Əliyev Azərbaycana böyük uğurlar qazandıran qalib Liderdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Sumqayıt şəhər təşkilatında “Stansiya Sumqayıt” yaşayış massivi ərazisində yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, təşviqat qrupunun üzvləri Varis Yolçuyev və Elvin Əlizadə çıxış ediblər. Çıxışlar zamanı qeyd olunub ki, son 20 ildə Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkə iqtisadiyyatı dönməz inkişaf yolu tutub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Azərbaycan bütün sahələrdə Cənubi Qafqazın Lider dövlətinə çevrilib. İlham Əliyev Azərbaycana böyük uğurlar qazandıran qalib Liderdir!

Qazanılan tarixi Zəfərlə regionda yeni reallıqların yarandığını deyən natiqlər dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıblar.

Seçicilər 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verəcəklərinə əminlik ifadə ediblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.