YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Azərbaycanın gələcəyini Müzəffər Liderimizə etibar edəcəyik!"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova, təşviqat qrupunun üzvləri Nazim Ağayev, Nadirşah Süleymanov, Abasyar Heydərov və Telman Museyibov çıxış ediblər.  Natiqlər seçiciləri 7 fevral prezident seçkilərinə fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər qalib Lider, xalqımıza Zəfəri bəxş edən cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər. "Azərbaycanın gələcəyini Müzəffər Liderimizə etibar edəcəyik!",- deyə vurğulanıb.

Həmçinin Xaçmaz rayonunun Köhnə Xudat, Qusarçay və Mürşüdoba kənd seçiciləri ilə məhəlli görüşlər keçirilib.