YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Milli dövlətçilik tariximizin qızıl dövrü...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Suraxanı rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova və Sevinc Fətəliyeva, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, YAP Mərkəz Seçki Qərargahının üzvü Bəhruz Quliyev, təşviqat qrupunun üzvləri Hacağa Bağırov, şəhid anası Xalidə Həmzəyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illəri birmənalı şəkildə milli dövlətçilik tariximizin qızıl dövrü adlandırmaq olar. Çünki heç vaxt xalqımız indiki qədər yüksəliş dövrünü yaşamayıb, dövlətçilik tariximizdə indiki qədər güclü, milli birliyi, bütövlüyü təmin edilən misli görünməmiş tərəqqi illəri olmayıb. Bildirilib ki, Zəfər yolu Azərbaycanı yeni qələbələrə aparır.

Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.

Seçicilər isə xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs  verəcəklərini diqqətə çatdırıblar. 

Qeyd edək ki, kampaniya çərçivəsində rayonun Hövsan və Əmircan qəsəbələrində seçicilərlə fərdi görüşlər keçirilib.