YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderlə yeni hədəflərə doğru!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da YAP Babək rayon təşkilatında ağsaqqallar və ziyalılarla görüş keçirilib.

Görüşdə Naxçıvan MR Ali Məclisinin deputatı, YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan MR Ali Məclisinin deputatları Hacıfəxrəddin Səfərli, Hüseyn Niftəliyev, təşviqat qrupunun üzvləri Ənvər Hüseynov və Sədaqət Əkbərov çıxış ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoyub. Dövlət başçısı yeni dövrdə yeni hədəflər uğrunda Azərbaycan dövlətinin inkişafını təmin edəcək yeganə dövlət xadimi və siyasətçidir. Buna görə də, Zəfər seçkisində xalqımız yenidən dövlətimizin sükanını məhz cənab İlham Əliyevə etibar edəcək.

Babək seçiciləri qalib Liderə səs verərək yeni dövrün yeni hədəflərinin müəyyənləşdirilməsinə dəstək olacaqlarını bildiriblər.

Qeyd edək ki, Babək rayonunun Cəhri qəsəbəsində də seçicilərlə görüş keçirilib.