Seçki-2024
Güclü Lider!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Astara rayonunun Ərçivan qəsəbəsində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov, təşviqat qrupunun üzvləri Elnur Rüstəmov, Aslan Ağayev və şəhid atası Kamran Kazımov çıxış ediblər. Bildirilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Görüşdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib.
Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Astara şəhərinin Quş küçəsində də seçicilərlə görüş keçirilib.