Seçki-2024
Şirvanlılar İlham Əliyevin namizədliyini dəstəkləyirlər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Şirvan şəhərinin F.Eynullayev küçəsində yaşayan seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, təşviqat qrupunun üzvləri Ülviyyə Heydərova, Valeh Xudaverdiyev, Eldar Hüseynov, Habil Alıyev, Süreyya İsmayılova və Elçin Məlikov çıxış ediblər.
Çıxışlarda 20 ildə bütün sahələrdə böyük uğurların, misilsiz və qürurverici qələbələrin əldə edildiyi vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının müstəqillik dönəminin ən böyük uğuru olduğu bildirilib.
Qeyd olunub ki, yeni hədəflərin uğurla reallaşdırılması üçün 7 fevral prezident seçkilərində xalqın Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə növbəti dəfə etimad göstərəcəyi şübhəsizdir.