YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şəhid generalın anası seçicilərə çağırış etdi!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Sumqayıt şəhərində şəhid general-mayor Polad Həşimovun ailəsi ziyarət olunub.

Ziyarətdə YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və təşviqat qrupunun üzvləri iştirak ediblər.

Ziyarət zamanı tarixi Zəfərdən bəhs edilərək qeyd olunub ki, bu gün hər bir azərbaycanlı Qələbəmizin qürurunu yaşamaqla yanaşı, bizlərə bu sevinci yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız tariximizin Zəfər salnaməsini yazıblar. Onların döyüş yolu indiki və gələcək nəsillər üçün bir vətənpərvərlik məktəbidir.

Şəhid generalın anası Səmayə Həşimova oğlu ilə bağlı xatirələrini bölüşüb.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqətə görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər. “Ağ köynəkləriniz dövlətimizə sülh və əmin-amanlıq gətirsin” - deyən şəhid generalın anası hər kəsi seçkilərdə cənab İlham Əliyevə səs verməyə çağırıb.