Seçki-2024
Azərbaycanı Zəfər zirvəsinə yüksəldən Lider
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində kəlbəcərli gənclərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, təşviqat qrupun üzvləri Aytac Sadıqzadə, Göyüş Şəfizadə, Gülşən Muradxanlı, Alı Həsənov, Simarə Abbasova, Yusif Mehdiyev çıxış ediblər.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti və yenilməz ordumuzun şücaəti sayəsində Azərbaycanın əldə etdiyi şanlı Qələbədən danışıblar. Ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırıblar.
Natiqlər gəncləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə çağırıblar.
Görüşdə çıxış edən kəlbəcərli gənclər yeganə seçimlərinin qalib Lider İlham Əliyev olduğunu əminliklə ifadə ediblər!
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.