YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Tarixi Zəfərimizin memarına səs verək!"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağcabədi rayonunun şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları ilə görüş keçirilib.

Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, şəhid bacısı Nüşabə İbrahimova, I Qarabağ Müharibəsi veteranı Abbas Mehralıyev, Vətən müharibəsi iştirakçısı İsmət Mamedov, qazi İlqar İsmayılov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi tarixi Zəfərdir. Natiqlər dövlət başçısının siyasətində şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına qayğının mühüm yer tutduğunu qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu təbəqəyə aid olan seçicilər 7 fevral seçkilərində fəal iştirak edəcəklər.

Seçicilər də qarşıdan gələn prezident seçkilərində qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri rayonun Nəcəfqulubəyli kəndinin də seçiciləri ilə görüşüblər.