YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın müdrik seçimi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Sabunçu rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsələndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, təşviqat qrupunun üzvləri Səadət Şamilova, Mirdaməd Rəsulov, Əli Quliyev, Arzu Babayeva və Şəhla Məmiyeva çıxış ediblər.

Bildirilib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində dünyanın nüfuz sahibi olan dövlətlərindən biridir. Ölkəmizin uğurları, nailiyyətləri, qələbələri, zəfərləri gündən-günə artmaqda və bunların davamı gəlməkdədir.

Diqqətə çatdırılıb ki, bütün bunların mahiyyətində İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu, müstəqil dövlət siyasəti dayanır.

Görüş zamanı çıxış edən seçicilər də fevralın 7-də qalib Lider İlham Əliyevə səsə verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq rayonun Bakıxanov qəsəbəsinin  Şamil Kamilov,  Səməd Vurğun, Muxtar Fətəliyev və Sakit Qocayev küçələrində yaşayan seçicilərlə fərdi görüşlər keçirilib.