YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəngilan rayonunun Ağalı kəndində seçicilərlə görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də  Zəngilan rayonunun Ağalı  kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, təşviqat qrupunun üzvləri Emin Əliyev və Füzuli Hüseynov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Zəfər seçkiləri kimi qiymətləndirilən 7 fevral  prezident seçkiləri ilk dəfə olaraq, suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş respublikamızın bütün  ərazisində keçiriləcək. Vurğulanıb ki,  Prezident İlham Əliyevin şəxsi nəzarəti və diqqəti  altında bu gün Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı yaşayış məntəqəsi yenidən qurulur.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək doğma Azərbaycanımızı qalib ölkəyə çevirən Liderə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda  Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.