YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderlə güclüyük!

Şamaxı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Şamaxı rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, YAP Gənclər Birliyinin üzvü Kənan Kərimov, təşviqat qrupunun üzvləri Kalbalı Musayev, Tünzalə Yusifova, Cavid İslamov və şəhid anası Qənirə Quliyeva çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ötən dövrdə ölkəmizdə hər bir sahənin inkiaşf etdiyini bildiriblər. Qeyd olunub ki, təhsil sahəsinin inkişafı isə sağlam ruhlu gənc nəslin formalaşmasında mühüm rol oynayır.  

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.