Seçki xəbərləri
Gələcəyimiz naminə!

Xəzər rayonunun Şüvəlan qəsəbəsində ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra isə “Qalib xalqın, qalib Lideri-Prezident İlham Əliyev!” adlı videoçarx nümayiş olunub.
Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, təşviqat qrupunun üzvləri Ağabəy Əsgərov və Pərviz Həmzəyev çıxış ediblər. Natiqlər seçiciləri 7 fevralda ölkəmizin işıqlı sabahına səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.