YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Nərimanov rayonunda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də YAP Nərimanov rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, təşviqat qrupunun üzvləri Ağaəli Hüseynov, Tahirə Şükürova, Eyvaz Hümbətov və digərləri çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə parlaq hərflərlə yazılıb. Dövlət başçısı Azərbaycan xalqının Vətən və yurd həsrətinə son qoyub. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 2020-ci ildə 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabr ayında lokal antiterror əməliyyatları zamanı qazandığı tarixi Zəfər dövlətimizin çoxəsrlik tarixində ən şərəfli hadisələrdir. Bu Qələbə sayəsində Azərbaycan tarixi ədaləti bərpa edib. BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini Azərbaycan Ordusu öz gücü, qüdrəti hesabına həyata keçirib.

Natiqlər yeni dövrdə yeni qələbələrə imza atmaq naminə hər kəsi seçki günü fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.