YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni qələbələr qazanmaq üçün...

Laçınlılar əzəli torpaqlarında qalib Liderə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Laçın rayonundan olan seçicilərlə görüş keçirilib.

Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, təşviqat qrupunun üzvləri Sevinc Əliyeva, Solmaz Məhərrəmova, İlham Qəhrəman və digərləri çıxış ediblər.

Çıxışlarda dövlət başçısı İlham Əliyevin Azərbaycan dövlətçiliyi üçün misilsiz xidmətlərindən, həmçinin, rayonda görülən quruculuq işlərindən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, 2023-cü il sentyabrın 20-də Qarabağ bölgəsində uğurla başa çatan antiterror tədbirləri nəticəsində dövlətimizin öz suverenliyini bərpa etməsindən bəhs edilib. Bildirilib ki, bu uğurların davamlı olması üçün ölkə seçiciləri, o cümlədən laçınlılar fevralın 7-də yenidən cənab İlham Əliyevə səs verəcəklər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.