YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gələcəyə hədəflənmiş siyasət Azərbaycanı daha qüdrətli dövlətə çevirəcək

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə gənclərlə növbəti görüş keçirilib.

Görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən işlər və əldə olunmuş nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu gənclər siyasəti sayəsində yüksək potensiala malik vətənpərvər Azərbaycan gəncliyinin formalaşdığını diqqətə çatdırıblar. 7 fevral seçkilərinin gənclərin yeni uğurlar və qələbələr naminə cənab İlham Əliyevə qətiyyətli dəstəyinin daha bir ifadəsi olacağına əminlik bildirilib. “Gələcəyə hədəflənmiş siyasət Azərbaycanı daha qüdrətli dövlətə çevirəcək”, - deyə vurğulanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.