YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ölkəmizin işıqlı sabahına səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Balakən rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin üzvü Nəsib Məhəməliyev, təşviqat qrupunun üzvləri Könül Mustafayeva, Burhan Əhmədov və digərləri çıxış ediblər.

Çıxışçılar Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan danışıblar.

Natiqlər seçiciləri ölkəmizin işıqlı sabahına - Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.