YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Möhtəşəm Qələbədən yeni zəfərlərə...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xətai rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, təşviqat qrupunun üzvləri - Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Elçin İbrahimov, Mustafa Şükürov və Hicran Şərifov çıxış ediblər.

Cıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyası “Qalib xalqın qalib Lideri” şüarı ilə təşviqat kampaniyasını uğurla davam etdirir. Hər bir seçki prosesinə həmin dövrün çağırışını əks etdirən devizlə qatılan partiyanın bu siyasi kampaniya üçün  seçdiyi şüar dünənimizi, bu günümüzü və gələcək hədəflərimizi təqdim edir.  Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisini əhatə edəcək, Zəfər seçkiləri kimi səciyyələndirilən prezident seçkiləri cənab İlham Əliyevin 20 illik Prezidentlik fəaliyyətinin təqdimatı olacaq.  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı zəfərdən-zəfərə aparan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun yazdığı şanlı Qələbə səhifəsi ölkəmizin qarşısında yeni imkanlar açdı. Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin, həmçinin  xalqımızın dövlətimizin başçısının ətrafında dəmir yumruq kimi birləşməsinin məntiqi nəticəsi olaraq ərazi bütövlüyümüz və suverenliyimiz bütün ərazilərimizdə tam olaraq bərpa edildi.

Azərbaycanın yeni dövrünün daha möhtəşəm zəfərlərlə zənginləşdirilməsi, hədəflərin yüksək səviyyədə yerinə yetirilərək müasir tariximizin daha parlaq səhifələrinin yazılması üçün 7 fevral tarixində keçiriləcək prezident seçkilərində fəal iştirak edərək, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verək!

Seçicilər seçki hüquqlarından istifadə edərək yeganə seçimləri olan cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər!