YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçim bəllidir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra partiyanın prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, təşviqat qrupunun üzvləri Sakit Rəsulov, Anar Şahmuradov və Qalib Həsənov çıxış ediblər. Çıxışlarda cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmizdə hər bir sahədə misilsiz uğurların əldə edilməsindən geniş bəhs edilib.

Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib. 7 fevralda keçiriləcək prezident seçkilərinin bu vaxta qədər ölkəmizdə keçirilmiş seçkilərdən əsas fərqi ondadır ki, bu seçkilər bütöv Azərbaycan ərazisində keçiriləcək. Həmçinin görüşdə azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işlərindən bəhs edilib.

Natiqlər seçiciləri prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər 7 fevralda seçki məntəqələrinə gedərək yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.