YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Seçimimiz qalib Lider İlham Əliyevdir”

Şabran rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-nə ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Şabran şəhərində seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, təşviqat qrupunun üzvləri Məmmədsafa Qasımov və Zeynal Zeynalov, şəhid anası Besxanım Balağayeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məqsədyönlü siyasət və uğurlu iqtisadi-siyasi islahatlar ölkəmizin günü-gündən daha da inkişafı istiqamətində irəliləməsinin nəticəsidir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dövləti regionun lider dövlətinə çevirilməklə, son 20 ildə bütün sahələrdə dinamik inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb və bu istiqamətdə ardıcıl islahatlar davamlı olaraq həyata keçirilməkdədir.

Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Çıxış edən natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı seçicilər qeyd ediblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycan xalqının qalib Lideri cənab İlham Əliyevə səs  verəcəklər.