Seçki-2024
Xalqa layiqli xidmət nümunəsi
Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Corat qəsəbəsində yaşayan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili və Milli Məclisin deputatı Müşviq Məmmədli, təşviqat qrupunun üzvləri Elmar Xəlilov, İbrahim İlyaslı, Ramiz İsmayılov, Ofelya Babayeva və Mətanət Pirquliyeva çıxış ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan ötən 20 ildə möhtəşəm nailiyyətlər qazanıb. Cənab İlham Əliyevin hakimiyyət illəri ölkənin dinamik inkişafı, modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
Çıxış edən seçicilər isə fevralın 7-də YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini, Azərbaycanı zəfərdən-zəfərə aparan yolda onunla birlikdə addımlayacaqlarını bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.