YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gələcək tərəqqi və rifahımız naminə qalib Liderə səs verək!

Mingəçevir şəhərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Mingəçevir şəhərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev,

təşviqat qrupunun üzvləri İranə Həsənova, Allahverdi Alıyev və Nurcamal Əsgərova  çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək seçicilərin fevralın 7-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər. 

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.