Seçki-2024
"İlham Əliyevin Liderliyi ilə yeni nailiyyətlər əldə edəcəyik!"
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Naftalan şəhərində seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvləri Elman Alıyev, Zülfümar Nuriyeva çıxış ediblər. Qeyd edilib ki, Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirib, doğma Azərbaycanımızı qalib ölkəyə çevirib. Bildirilib ki, həmişə olduğu kimi, bundan sonra da xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.
Natiqlər hər bir seçicini qarşıdan gələn prezident seçkilərində fəal olmağa, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də artıq seçimlərini etdiklərini və fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə fərdi görüşlər də keçirilib.