YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Təyyar Bayramov: Bizim üçün qürurverici reallıqları yaradan qalib Liderimiz İlham Əliyevdir

“Ölkəmiz gündən-günə gözəlləşir, müasir müstəqil Azərbaycan daha da yüksəlir. Mən bir qarabağlı kimi fəxrlə vurğulamaq istəyirəm ki, doğulub boya-başa çatdığım doğma Qarabağım artıq azaddır. Qarabağ da gözəlləşir, dirçəlir”. Bu fikirləri tanınmış xanəndə, Əməkdar artist Təyyar Bayramov bildirib.

T.Bayramov qeyd edib ki, artıq keçmiş məcburi köçkünlər Füzuli, Zəngilan və Laçında yaşamağa başlayıblar: “Bu, çox gözəl haldır. Təbii ki, bizim tarixi Qələbəmiz çox möhtəşəmdir. Biz tarixi zəfərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanmışıq. Bu qələbələrə görə dövlətimizin başçısının qurub-yaratdığı qüdrətli ölkəmizə, müzəffər orduya borcluyuq”.

O, uşaq yaşlarından müharibənin ağrı-acısını gördüyünü deyib: “Keçmiş məcburi köçkünlərimizin hansı şəraitdə yaşaması mənim gözümün qabağındadır. Şükürlər olsun, vaxtilə çadır şəhərciklərində, vaqonlarda yaşayan insanlar hazırda müasir, gözəl şəraiti olan çoxmərtəbəli binalarda yaşayırlar”.

Əməkdar artist keçmiş məcburi köçkün kimi hər zaman dövlətin qayğısını hiss etdiyini bildirib: “Bunları sadalamaqda fikrim odur ki, yəni bizim üçün qürurverici reallıqları yaradan qalib Liderimiz İlham Əliyevdir. Qarşıdan 7 fevral prezident seçkiləri gəlir. Çox gözəl bir gündür, xalqımız üçün böyük bayramdır. Azərbaycan xalqı müharibə dövründə həmrəy oldu, bir yumruq kimi arxa cəbhədə birləşib müzəffər ordumuza dəstək oldu. İndi də birlikdə həmrəy olub 7 fevralda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə dəstəkləməyə çağırıram”.

T.Bayramov bildirib ki, xalqımız bütün bu görülən işlərin davam etməsini, o cümlədən doğma Qarabağımızın daha da çiçəklənməsini, ordumuzun daha da qüdrətli olmasını görmək istəyir: “Yaşasın Azərbaycan xalqı, yaşasın güclü dövlətimiz! Bir daha bütün xalqımızı, o cümlədən hər zaman Prezidentin qayğısını hiss edən keçmiş məcburi köçkünlərimizi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram”.