YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın bu günü və gələcəyi cənab İlham Əliyevlə bağlıdır!

Saatlı rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Saatlı rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, təşviqat qrupunun üzvləri Lətif Şimşəkov, Bəylər Əliyev, Vüsalə Həsrətova və Adil Səfərov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr uğurla inkişaf edir. Bildirilib ki, respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, təhsil və səhiyyənin inkişafına da əsaslı təkan verib. Torpaqlarımızın erməni işğalından azad edilməsi isə dövlət başçısının 20 illik fəaliyyətinin zivəsini təşkil edir.

Sonda  natiqlər tədbir iştirakçılarını 7 fevral prezident seçkilərində aktiv iştirak etməyə və Müzəffər Ali Baş Komandan  İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.