Seçki-2024
Müzəffər sərkərdə, böyük strateq!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Pirallahı rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, YAP Təftiş Komissiyasının üzvü Həsən Həsənov, təşviqat qrupunun üzvləri Fəranə Gözəlova, Qair Carullayev çıxış ediblər. Çıxışlarda fevralın 7-də keçiriləcək prezident seçkilərinin yeni bir dövrün başlanğıcı olacağı vurğulanıb.
Seçicilər isə ölkəmizi firavan gələcəyə aparan siyasi kursa- Heydər Əliyev siyasi kursuna və bu siyasi kursu layiqli şəkildə həyata keçirən Prezident İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.