Seçki-2024
Qalib ölkənin vətəndaşıyıq!
Tovuz rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Tovuz rayonunda seçicilər ilə görüş keçirilib.
Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvləri Paşa Muradov, Aybəniz Dəmirova və Nəriman Şirinov çıxış ediblər.
Çıxışlarda cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlətimizin hərtərəfli inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, bu gün Azərbaycan müstəqil, suveren, güclü və beynəlxalq münasibətlər sistemində layiqli yer tutan dövlətdir. Vətən müharibəsində qazanılan böyük Qələbənin isə Azərbaycan tarixinin ən parlaq səhifəsi olduğu vurğulanıb.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Zəfər seçkisinə böyük sevinc və qürurla getdiklərini deyən seçicilər isə qalib Lider İlham Əliyevə səs verəcəklərini deyiblər.