YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbələrin davamı naminə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şirvan şəhərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Musa Quliyev, təşviqat qrupunun üzvləri Pərviz Rüstəmbəyov, Vasif Əlizadə və Akif Saqiyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin siyasəti xalq tərəfindən birmənalı şəkildə dəstəklənir.

Natiqlər seçiciləri fevralın 7-də Azərbaycanın gələcəyinə - tarixə adını qızıl hərflərlə yazdıran qalib Liderə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.