YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Möhtəşəm uğurlara davam!

Sabunçu rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-Sabunçu rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Əliabbas Salahzadə, təşviqat qrupunun üzvləri Əli Quliyev, Kəmalə Məmmədova və Nərgiz Babayeva çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz misilsiz nailiyyətlər qazanıb. Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülən cənab İlham Əliyevə xalqımız hər zaman olduğu kimi böyük dəstək verəcək.

Görüş zamanı çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək Müzəffər Ali Baş Komandan İlham Əliyevə səsə verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası çərçivəsində “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq rayonun Bakıxanov qəsəbəsinin “Məhsəti Gəncəvi küçəsi”, “Xəlil bəy Xasməmmədov küçəsi” və “Yavər Əliyev küçəsində”  yaşayan seçicilərlə fərdi görüşlər keçirilib.