YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderlə Zəfərlərə davam!

Ucar rayonunda seçicilər ilə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Ucar rayon Mədəniyyət Mərkəzində seçicilər ilə görüşlər keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşlərdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, təşviqat qrupunun üzvləri Şəmsəddin Hacıyev, Ağalar Bayramov, Fuad İsrafilov və Yaqut Zeynalova çıxış ediblər.

Bildirilib ki, cənab İlham Əliyev prezident vəzifəsində xalqın ona etimadını layiqincə doğruldub. Prezident İlham Əliyevin müdrikliyi onun mümkünsüz görünəni reallığa çevirməsi, xalqımızın ən böyük arzu və istəyini - torpaqlarımızın işğaldan azad olunmasını həyata keçirməsidir.

Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.