YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderə inam və etimad sonsuzdur!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Hacıqabul şəhərində seçicilərlə növbəti  görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təşviqat qrupunun üzvləri İbadulla Ağayev, Ramiz Həsənov və İradə İbrahimova çıxış ediblər. Çıxışçılar Azərbaycana möhtəşəm qələbələr qazandıran Liderə - İlham Əliyevə inam və etimadın sonsuz olduğunu vurğulayıblar.

Natiqlər seçiciləri 7 fevral tarixində seçkidə fəal iştirak etməyə və qalib xalqımızın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıblar. 

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.