Seçki-2024
Azərbaycanın parlaq gələcəyi naminə
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Culfa rayonunda şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları ilə görüş keçirilib.
Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, YAP İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, təşviqat qrupunun üzvləri Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, Ədalət Əhmədov, Mübariz Allahverdiyev, şəhid ataları Məhəmməd Nəcəfov, Mayis Gülməmmədov, Ramiz Hüseynov çıxış ediblər. Çıxışlarda bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olub. Bu qələbə regionda yeni reallıqların yaranmasına səbəb olub.
Seçicilər isə bildiriblər ki, rayonun şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları da 7 fevralda YAP-ın namizədi, qalib Lider İlham Əliyevə yekdilliklə səs verəcəklər.