YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Biz birlikdə güclüyük”

Goranboylu seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Goranboy şəhərində qadın seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Azad Əhmədov, Ürfət Həsənov, Xalis Orucov, Solmaz Baxşəliyeva, Ülkər Hümbətova, və İlhamə Quluyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, dövlətimizin başçısının apardığı siyasətin əsas qayəsini “Biz birlikdə güclüyük” tezisi təşkil edir. Ölkə rəhbəri xalqa arxalanaraq Azərbaycanı daim inkişafa doğru aparır.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək ölkəmizə parlaq qələbə bəxş edən qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində  Goranboy rayonunun Muzdurlar, Yolpaq, Əhmədabad kəndlərinin seçicilərilə, o cümlədən Goranboy şəhərində yaşayan ən yaşlı seçici ilə fərdi görüş keçirilib.